20 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC ümumi dəyəri 19,999,999.95 manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.
«Kapital Bank» imtiyazlı səhm sahiblərinə – DİVİDEND ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, 22 dekabr 2022-ci il tarixində qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
Səhmlərin növü və forması |
Səhmlərin sayı |
Nominal Dəyəri |
Ticarət forması |
Q/k-ın Ticarətə buraxılma və bitmə tarixi |
Anderrayter
|
AZ1003005159 |
Adi adlı sənədsiz səhm |
1 614 205 (ədəd) |
12.39 manat |
Abunə yazılışı |
22.12.2022-26.12.2022 |
“Paşa Kapital İnvestisiya Şirkəti” QSC |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.