2020-ci ildə Bakı Fond Birjası BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır. Bu əməkdaşlığın nəticəsi olaraq, 9 mart 2021-ci il tarixində Bakı Fond Birjası təşkilatçılığı ilə videokonfrans formatında “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri keçirilmişdir.
FED.az xəbər verir ki, tədbirdə BMT-nin İnkişaf Proqramı ekspertləri tərəfindən gender bərabərliyi və dayanıqlı inkişaf prinsipləri ilə bağlı təqdimat keçirilmişdir.
Qeyd edək ki, hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirdirlər. Bu il dünya üzərində 107 fond birjası tərəfindən “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirilmiş və Bakı Fonda Birjası da ilk dəfə olaraq bu tədbirə qoşulmuşdur.