2024-cü ilin yanvar-iyul ayları ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 23 milyard 827 milyon 201 min manat təşkil edib.
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar-iyul ayları ərzində Birjada qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 9 milyard 777 milyon 82 min manat təşkil etmişdi. Beləliklə, bu il BFB-də əməliyyatların həcmi 2,4 dəfə artıb. Artım əsasən, repo əməliyyatlarının həcminin artmasından qaynaqlanır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 65%, dövlət qiymətli kağızların ticarət həcmində 8%, repo əməliyyatları üzrə 3,7 dəfə artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatları bazarı 7,3 dəfə artıb.
2024-cü ilin İyul ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 6 milyard 265 milyon 724 min manat təşkil edib.