Bakı Fond Birjasında 2024-cü ilin yanvar-sentyabr ayları ərzində (9 ayda) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 37 milyard 73 milyon 42 min manat təşkil edib.
FED.az birjanın məlumatların istinadən xəbər verir ki, cəmi əməliyyatların 5 milyard 229 milyon manatı ilkin, 1 milyard 764 milyon manatı isə təkrar bazarda formalaşıb. İlkin bazarda formalaşmış əməliyyatların həcmi 244 milyon manat və ya 4,5% azalıb.
Bununla yanaşı dövləq qiymətli kağızlarının ticarət həcmi 5 milyard 269 milyon manat, korporativ qiymətli kağızların ticarət həcmi 1 milyard 723 milyon manat, repo əməliyyatları üzrə dövriyyə isə 30 milyard manat təşkil edib.
İllik müqayisə ilə dövlət qiymətli kağızları üzrə ticarətin həcmi 910,4 milyon manat və ya 14,7% azdır.
Hesabat dövründə bağlanmış əqdlərin sayı 109 ədəd və ya 5% azalaraq 2 min 114-ə düşüb.
Bununla yanaşı əməliyyatların 4 milyard 197 milyon manatı, o cümlədən bağlanmış əqdlərin 1 070-i ilkin bazarda, 1 milyard 71 milyon manatı və bağlanmış əqdlərin 1 044-ü təkrar bazarda formalaşıb.
İllik müqayisədə ilkin bazar üzrə əməliyyatların həcmində 720 milyon manat və ya 14,6%, əqdlərin sayında 423 ədəd və ya 28% azalma baş verib.
İlkin bazarda ARMB qiymətli kağızları dövriyyə 1 milyard 37 milyon manat və ya 38,4% azalaraq 1 milyard 665 milyon manata düşüb. Əqdlərin sayı ARMB qiymətli kağızlar üzrə 460 ədəd (2,5 dəfə) azalaraq 30-a düşüb.
Təkrar bazarda dövlət istiqrazları əməliyyatların həcmi ARMB qiymətli kağızları dövriyyə 353,9 milyon manat və ya 2,1 dəfə azalaraq 321,5 milyon manata düşüb. Əqdlərin sayı ARMB qiymətli kağızlar üzrə 134 ədəd (2,3 dəfə) azalaraq 107-yə düşüb.
2024-cü ilin Sentyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 6 milyard 78 milyon 841 min manat təşkil edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.