7 sentybar 2022-ci il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələrinin iştirakı ilə Bakı Fond Birjasının inzibati binasında görüş keçirilib.
Eləcə də bax: Azərbaycanın qiymətli kağızlar bazarı – 20%-Ə YAXIN AZALIB
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, görüş zamanı kapital bazarlarının infrastrukturu, ilkin və təkrar bazarlar üzrə perspektiv və bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.