23 noyabr 2022-ci il tarixində Bakı Fond Birjası və Asiya İnkişaf Bankı (ADB) arasında görüş keçirilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, görüş zamanı Bakı Fond Birjasının fəaliyyəti, kapital bazarlarının infrastrukturu, korporativ qiymətli kağızları ilə ilkin və təkrar bazarlar üzrə ticarətin təşkili və bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.