"Bakı Fond Birjası" QSC keçirilən digər əməliyyatların (Mərkəzi Bankın repo və əks-repo əməliyyatları istisna olmaqla, digər repo əməliyyatlının, səhm və istiqrazlar üzrə isə təkrar bazar əməliyyatlarının) ticarət saatlarını 16:30-a qədər uzadıb.
FED.az xəbər verir ki, bu barədə BFB məlumat yayıb.
Bununla yanaşı birja nahar fasiləsini (13:00-14:00) ləğv edərək ticarət saatlarına əlavə edib.
Bildirilir ki, bu addım ticarətin fasiləsizliyini təmin etmək məqsədilə atılıb.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, ticarət saatlarına edilmiş dəyişikliklər oktyabrın 3-dən qüvvəyə minəcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.