“Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti səhm bazarının təşviqi ilə bağlı yeni qərar verib.
FED.az xəbər verir ki, “Bakı Fond Birjası”nın İdarə Heyətinin qərarına əsasən Səhm bazarının təşviq edilməsi məqsədi ilə ilk dəfə səhm buraxılışı edib listinqə alınan şirkətlər 1 iyul 2024-cü il tarixindən 31 dekabr 2024-cü il tarixinə qədər listinq haqqından azad edilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.