Bakı Fond Birjası (BFB) repo əməliyyatları ilə bağlı yeni qaydalar qəbul edib.
Birjadan FED.az-a verilən məlumata görə, yeni qaydalar repo predmeti hesab edilən korporativ qiymətli kağızlar üçün repo əməliyyatları üzrə likvidliyin və risk idarəetmə mexanizmlərinin optimallaşdırılması məqsədi daşıyır.
Qaydalar təminat əmsalının hesablanması, müəyyən olunması və açıqlanmasını tənzimləyən “Repo predmetinin müəyyən olunması və repo əməliyyatları üzrə təminat əmsalının hesablanması və açıqlanması Qaydaları” və 18 oktyabr 2022-ci il tarixindən qüvvəyə minib.
Qaydalarla və repo predmetləri üzrə hesablanmış təminat əmsalı ilə aşağıdakı linkələrə daxil olaraq tanış ola bilərsiniz:
https://www.bfb.az/az/view-file/repo-predmetinin-mueyyen-olunmasi-ve-repo-emeliyyatla.pdf
https://www.bfb.az/az/view-file/repo-predmetleri-uzre-hesablanmis-teminat-emsallari.pdf