Bakı Fond Birjası Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədilə Dünya Birjaları Federasiyasının (World Federation of Exchanges ) üzvləri və tərəfdaşları ilə (Annual Meeting Virtual) illik keçirilən onlayn görüşlərdə iştirak edir.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 6-9 sentyabr tarixlərini əhatə edən 7-ci virtual görüşdə birjalar arası bilik mübadiləsi, Federasiya daxil olan birjalar və tərəfdaşlar arasında müzakirələr həyata keçirilmişdir.
Qeyd edək ki, Bakı Fond Birjası 15.01.2020-ci il tarixindən etibarən Dünya Birjaları Federasiyasında tərəfdaş birja statusunu əldə etmişdir. Bununla da Bakı Fond Birjası regionda Federasiya ilə əməkdaşlığa başlayan ilk birjadır.