13 mart 2023-cü il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələrinin iştirakı ilə Bakı Fond Birjasının inzibati binasında görüş keçirilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, görüş zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə ölkə strategiyası və ölkədəki iqtisadi vəziyyətlə bağlı yenilənmiş məlumatların əldə edilməsi, mütəşəkkil kapital bazarında aktiv iştirakı, ilkin və təkrar bazarlar üzrə perspektiv və bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılmışdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür