7 yanvar 2024-cü il tarixində Bakı Fond Birjası Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzvlüyünə qəbul edilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, ötən ilin dekabr ayında tərəflər arasında ilkin görüşlər keçirilmiş və əməkdaşlığın aparılmasına qərar verilib.
Qeyd edilib ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) ölkəmizdə 2012-ci ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı ildən etibarən AHK Azərbaycan şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və lazımi dəstək verir.
Bazar və müştəri-yönümlü xidmətlər göstərən AHK Azərbaycan konsaltinq şirkəti Almaniya və Azərbaycan şirkətlərinin iqtisadi maraqlarını dəstəkləyir. AHK Azərbaycan tərəfindən təklif olunan xidmətlər tərəfdaşlıq vasitəçiliyindən, eləcə də bazara giriş ilə bağlı məsləhətlərdən tutmuş yerli biznes iştirakının təşkilinə qədər çox böyük bir sahəni əhatə edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.