14 aprel Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2043008682 ISIN-li, 30 mln manat həcmində, 6840 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
FED.az məlumat verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1,003.25 AZN olmuşdur.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30 000 000,00 manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30 000 000,00 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 27 noyabr 2038-ci ildir.