Dünyanın ən məşhur peşəkar investoru olan Uorren Baffetin portfeli – pullarını yatırdığı səhmlər, hətta sahələr digər investorları ciddi maraqlandırır.
FED.az xəbər verir ki, qocaman iş adamı öz karyerasında dəfələrlə bazarı təəccübləndirməyi. Buradakı proseslərə əks hərəkət edərək qazanca çıxmağı bacarıb. Təsadüfi deyil ki, son günlər birjalardakı ciddi qiymət dəyişmələrinə baxmayaraq Baffetə məxsus olan «Berkshire Hathaway» şirkətinin səhm portfeli daha da bahalaşıb.
Ona görə də investorların əksəriyyəti Baffetin təcrübəsindən istifadə etmək üçün onun fəaliyyətini izləyirlər. Birjada uğur qazanmaq üçün sadəcə «Berkshire»in səhmlərini almaq, ya da pulları onun portfelindəki səhmlərə yatırmaq olar. Birja analitiki Kit Speyts «The Motley fool»dakı məqaləsində Baffetin portfelində olan və oktyabrda pul yatırmaq üçün 3 maraqlı səhmi açıqlayıb.
Apple (NASDAQ: AAPL)
Bu şirkətin səhmləri «Berkshire»in portfelinin böyük hissəsini təşkil edir. Amma «Apple» 2021-ci ildə Baffetə böyük gəlir gətirməyib, onun gəlirliyi S&P 500-in ümumi gəlirliyindən xeyli aşağı olub. Amma ekspertin fikrincə, gəlirlərin aşağı olması müvəqqəti haldır – bir qayda olaraq «Apple»nin satışları həmişə 4-cü rübdə «iPhone»un yeni versiyası çıxanda artır. «Doğrudur, bu il buraxılan iPhone 13 elə də yeni unikal funksiyaya malik deyil, amma o yenə də böyük kommersiya uğuruna nail olacaq».
Bəziləri hesab edir ki, artıq smartfon bazarı «Apple» üçün ciddi artım gətirməyəcək. Amma Speyts hesab edir ki, əlavə olunmuşreallıqların yeni funksiyaları bu problemi həll edəcək. Bundan başqa, «Apple»ın ekosistemi də genişlənməkdədir. O cümlədən «Apple TV +» öz serialları ilə yaxşı artım potensialına malikdir.
Merck (NYSE: MRK)
Bir qədər əvvəl bu şirkət özünün COVID-19-a qarşı yeni həbinin sınaqlarını təqdimedib. «Merck»in virusa qarşı müalicə vasitələri xəstələrin xəstəxanaya düşməsi və ölüm hallarını 50% azaldıb. Yaxın vaxtlarda bu həblərin ABŞ bazarında istifadəsinə icazə veriləcək. Böyük ehtimalla başqa əsas bazarlar da bu həbdən istifadəyə icazə verəcəklər.
Amma bu şirkətin səhmlərinin artımının əsas səbəbi xərçəngə qarşı olan «Keytruda» dərmanıdır. Tezliklə immunoterapiya sinə xərçənginin metastazı üzrə ilk müalicə mərhələsi kimi qəbul oluna bilər. Həmin yenilik sözügedən dərmana tələbatı artıracaq.
Bundan başqa, yaxın vaxtlarda «Merck» şirkəti «Acceleron Pharma» (NASDAQ: XLRN) şirkətini də almağa hazırlaşır. Şirkət $11,5 milyard xərcləyib ki, «Acceleron»dan arterial ciyər hireptenziyasına qarşı yeni dərmanı alsın. Bu müqavilənin ilin sonuna başa çatacağı gözlənilir.
RH (NYSE: RH)
«Apple» və «Merck»dən fərqli olaraq bu il RH şirkəti böyük uğurlar qazana bilib. Ev üçün elit mebel istehsal şirkətin edən səhmləri ilin əvvəlindən indiyədək 40%-dən çox artıb. Nəticədə bu şirkət Baffetin portfelində ən gəlirli aktivlərdən biri sayılır.
«Mebellərə tələbatı artıran bir neçə faktor var. Adətən evlərin alınması üçün kredit faizləri aşağı olur. İstehlakçılar getdikcə daha çox hallarda böyük şəhərkənarı evlər və ikinci mənziloər alırlar. Bundan başqa, vaksin və yeni dərmanların köməyi ilə COVID-19 pandemiyasına son qoyulması da, evlərdə təmir və mebel alışı bumu yarada bilər».
Bundan başqa, «RH»ın 2022-ci illə bağlı böyük planları var. Yazda «RH England», payızda isə «RH Paris» işə düşəcək. Gələcəkdə isə Avropaya genişlənmə başlayır ki, bu da «RH» üçün böyük artım imkanı vəd edir.
Qeyd edək ki, bu materialda səslənən proqnozlar yalnız ümumi qiymətləndirmə xarakterlidir. Proqnoz edilən gəlirlilik gələcəkdə səhmlərin belə də gəlirli olmasına zəmanət deyil.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.