27 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin tədavül müddəti 540 gün olan AZ2003019711 dövlət qeydiyyat nömrəli 1 milyon ABŞ dolları həcmində, diskontlu, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon ABŞ dolları, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 1 milyon ABŞ dolları təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların ödəmə tarixi 21 iyul 2023-cü il.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.