21 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 1 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC həyata keçirib.
Açılış mərasimində emitent və anderrayter olaraq “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyev, BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək “AzFinance İnvestisiya Şirkəti” QSC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.