Dekabrın 22-də Bakı Fond Birjasında (BFB) "AzeSteelCompany" ASC-nin ümumi dəyəri 1,5 milyon manat olan istiqrazları üzrə hərrac keçiriləcək.
FED.az xəbər verir ki, hərrac çərçivəsində hər birinin nominal qiyməti 1000 manat olan 1500 istiqraz satışa çıxarılacaq. 2 il dövriyyədə olan istiqrazlar illik 10% gəlirlə buraxılır, faizlər hər 3 aydan bir ödəniləcək. İstiqrazlar uğurla yerləşdirilsə, 2024-cü ilin sonunadək dövriyyədə olacaq.
Xatırladaq ki, «AzeSteelCompany» ASC gəlirlə işləyir, hər halda, 2021-ci ildə şirkət 346 min manat mənfəət əldə edib, 2020-ci ildə isə 30 min manat zərər etmişdi (HESABAT).
«AzeSteelCompany» ASC öz istiqrazlarını əmlak təminatı ilə buraxmağa qərar verib. Nəticədə bu istiqrazlar təmni edilmiş sayılır.
Məbləği 1,5 milyon manat olan istiqraz buraxılışına şirkət ümumi məbləği təqribən 1,9 milyon manat olan 3 əmlakla təminatı verəcək.
Bu əmlaklar həm «AzeSteelCompany» ASC-nin özünə, həm də digər şəxslərə məxsusdur.
Belə ki, Abbasov Əlimürsəl Əliağa oğluna məxsus Abşeron rayonu, Fatmayı kandi ərazisində yerləşən 1 hektarlıq torpaq sahəsi (150 min manat), «AzeSteelCompany» ASC-yə məxsus Haciqabul rayonu, Navahi kəndində mülkiyyatda olan 2.502 ha torpaq sahəsi, qeyri-yaşayış binası və digər təkililər (1 milyon 462,5 min manat), İsmayılova Südabə Əlağa qizina məxsus olan Bakının Nərimanov rayonu,İsmayıl Hidəyatzadə küçəsində yerləşən 280 min manatlıq mənzil – bu dəfəki istiqraz buraxılışının təminatı rolunu oynayacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
İllik faiz dərəcəsi |
Hərrac tarixi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2004023605 |
Faizli təmin edilmiş sənədsiz adlı |
1,500 (ədəd) |
1,000 manat |
10% |
22.12.2022 |
24 ay |
Hər 90 gündən bir |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.