“AzeSteelCompany” ASC 1,5 milyon manatlıq istiqrazların emissiyası barədə qərar qəbul edib.
Eləcə də bax: "Finca Azərbaycan"ın 3 milyon manatlıq borc kağızları Birjada listinqə - DAXİL EDİLDİ
FED.az xəbər verir ki, istiqrazların tədavül müddəti 24 ay təşkil edəcək, kupon dərəcəsi – illik 10%-dir (kupon ödənişi hər 90 gündən bir həyata keçiriləcək).
Emissiya nominalı 1 min manat təşkil edən 1500 istiqraza bölünüb.
Bu, “AzeSteelCompany” üçün istiqrazların sayca dördüncü emissiyasıdır: hazırda 3 emissiya çərçivəsində buraxılan 4 milyon manat məbləğində istiqarzlar tədüvüldədir.
“AzeSteelCompany” armatura və metaldan məmulatların istehsalı ilə məşğul olur.
Cəmiyyətin səhmdarları 3 fiziki şəxs: Cəmaləddin İsmayılov (72,96%), Kənan Ağayev (7,04%), Ömər Hüseynov (10%) və bir hüquqi şəxsdir – “AzFinance” İnvestisiya Şirkəti” QSC (10%).
30 iyun 2022-ci il tarixinə şirkətin nizamnamə kapitalı 8 milyon 354,9 min manata, aktivləri – 16 milyon 515,417 min manata, öhdəlikləri – 7 milyon 121,16 min manata bərabərdir.
Şirkət 2022-ci ilin birinci yarısını 437,216 min manat məbləğində xalis mənfəətlə başa vurub. (İnterfaks-Azərbaycan)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.