“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan “Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətin səhmlərinin əmək kollektivinə güzəştli satışı keçiriləcək.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Azərtütün”ün Buraxılmış səhmlərin ümumi sayı 10 165 567 ədəddir, güzəştli satışa çıxarılmış səhmlərin sayı isə 1 524 835 ədəddir.
Bir səhmin nominal qiyməti isə 2 manatdır.