10 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “AzerGold” QSC-nin ümumi ümumi dəyəri 20 milyon ABŞ dolları olan AZ2003019877 İSİN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Bakı Fond Birjası “AzerGold” istiqrazlarını listinqə - DAXİL EDİB
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 29 yanvar 2024-cü il tarixində “AzerGold” QSC-nin ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 200 000 ədəd, hər birinin nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 6%, tədavül müddəti 3 il, kupon faizlərinin ödəniş müddəti 90 təqvim günündən birdir.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.