Azərbaycanlı ekspertin kriptovalyutası qlobal blokçeyn konfransında Azərbaycanda ilk startap birja və kriptovalyuta (ATC2) platforması yaradılıb.
Eləcə də bax: Azərbaycanda ilk dəfə kriptovalyuta ilə bağlı fənn tədris planına - Daxil Edilib
FED.az xəbər verir ki, kriptovalyutalar sahəsində 6 illik qlobal təcrübəsi olan tanınmış araşdırmaçı Qurbanəli Ömər və komandası unikal bir lahiyə (azchange.az) ortaya qoyub. Beləki, bu kriptolahiyə həm özü startap platformadan ibarətdir, həm də gələcəkdə startap lahiyələrə dəstək olaraq böyüməyi hədəf seçib.
Hazırda, İngiltərə mərkəzli Centex birjasında (centex.io) İEO olaraq dəyəri 0,005$ olan ATC2 kriptovalyutası TRC20 blokçeynində yaradılıb və məqsədi Azərbaycandan dünyaya açılan bir qapı olmaqdır. Lahiyə rəhbərinin sözünə görə, bu günə qədər hər zaman xaricdən bura onlayn sistemlər gəlib, burda yayılıb, bu dəfə isə bizim üzərimizdən qlobal və modern dünyaya analoqu olamayan bir sistem çıxarılacaqdır. Qeyd edək ki, Q.Ömər bu ilin aprelində pandemiya dövrünün yeganə blokçeyn konfransı olan "Blockchain Wave"də (blockchainwave.org) spiker, "Azchange Trade Club" (ATC) isə "diamond sponsor" idi. Bu ilin 6 noyabrda Antalyaya, növbəti beynəlxalq konfransa da, dəvət alan startapçı lahiyənin tez bir zamanda qlobal bazara çıxarılması üçün orada görüşlər keçməyi də planlaşdırır.