“İcraçı Kredit Agentliyi” MMC BOKT tiqraz buraxılışı yolu ilə 99 min manat cəlb edir.
FED.az bunu BOKT-un emissiya prospektinə istinadən xəbər verir.
BOKT hər birinin nominal dəyəri 495 manat olan 200 ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlar buraxıb.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 14 (on dörd) % təşkil edir. İstiqrazların nominal dəyərinin ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 24 ay. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcək.
Anderrayter “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
“İcraçı Kredit Agentliyi“ MMC BOKT -nin nizamnamə kapitalının mühüm iştirak payına sahib olan şəxslər Arif Əliyev Lütvəli oğlu, Mehman Qurbanov Baləhmət oğlu Siyavuş Verdiyev Səyyaf oğludur
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.