Bu ilin I yarısında Azərbaycanın qiymətli kağızlar bazarında 8 milyard 510,3 milyon manatlıq əməliyyat aparılıb.
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,5 % çoxdur.
Yarımillik göstəricinin 3 milyard 487 milyon manatlıq hissəsi ilkin bazarda (25,2 % az), 5 milyard 023,3 milyon manatlıq hissəsi isə təkrar bazarda (41 % çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 5 582 əqd bağlanılıb. Bu, illik müqayisədə 14,2 % çoxdur. Əqdlərin 1 204-ü ilkin bazarın (25,7 % çox), 4 378-i isə təkrar bazarın (11,5 % çox) payına düşüb.
Yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 3 milyard 184 milyon manatlıq hissəsi və yaxud 37,4 %-i dövlət qiymətli kağızlarının, 1 397,2 milyon manatlıq hissəsi və yaxud 16,4 %-i korporativ qiymətli kağızların, 3 milyard 929 milyon manatlıq hissəsi və yaxud 46,2 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 28,4 % az, 75,2 % çox və 32 % çoxdur.
6 ayda bu bazarda bağlanmış əqdlərin isə 1 407-si və yaxud 25,2%-i dövlət qiymətli kağızlarının, 1 825-i və yaxud 32,7 %-i korporativ qiymətli kağızların, 2 350-si və yaxud 42,1 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 40,4 % çox, 24,7 % az və 61 % çoxdur. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.