«Bakı Tikiş Evi» ATSC səhmdarlarının növbəti illik ümumi yığıncağı 20 iyun 2022-ci il saat 11.00-da cəmiyyətin yerləşdiyi inzibatı binada keçiriləcək.
FED.az xəbər verir ki, iclasda «Bakı Tikiş Evi» ATSC-nin müşahidə şurasının üzvlərinin və nəzarət orqanlarının seçilməsi, «Bakı Tikiş Evi» ATSC-nin 2020 və 2021-ci maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması kimi məsələlər mühakirə olunacaq.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 18.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 113 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin idarə heyətinin sədrinə müraciət etməklə tanış ola bilərlər. Ünvan- Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 113.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.