24 yanvar 2023-cü il tarixində “Bakı Polad Burazlar” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, ümumi yığıncaqda Cəmiyyətin səhmdarları tərəfindən borc vəsaitinin cəlb olunması, əlavə səhm emissiyası kimi məsələlər müzakirə ediləcək.
Növbədənkənar ümumi yığıncaq Bakı şəhəri, Araz küçəsi 8 nömrəli ünvanda (“Ulduz” metro stansiyasının yaxınlığı) keçiriləcək.
Gündəliyinin materialları ilə də həmin ünvanda və (012) 567-54-86 telefonuna müraciət etməklə tanış olmaq mümkündür.