Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi - (YANVAR-OKTYABR/2025)
Birjadan FED.az-a verilən məlumata görə, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 38 milyard 572 milyon 189 manat dövriyyə ilə 1-ci, "ABB İnvest İnvestisiya Şirkəti" QSC 31 milyard 784 milyon 332 min manat dövriyyə ilə 2-ci, "CPM-İnvest İnvestisiya Şirkəti" QSC 5 milyard 225 milyon 53 min manat dövriyyə ilə 3-cü, "Assist Finance İnvestisiya şirkəti "ASC 3 milyard 284 milyon 127 min manat dövriyyə ilə 4-cü, "İnvest-AZ İnvestisiya Şirkəti" QSC 2 milyard 192 milyon 980 min manat dövriyyə ilə 5-ci olub.
Daha ətraflı aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.













