31 mart 2026-cı il saat 11.00-da “Sumqayıt – çörək” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı cəmiyyətin iclas zalında keçiriləcəkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Sumqayıt – çörək” ASC-nin 2025-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.
2. Maliyyə-təftiş komissiyasının hesabatı və nəticələrinin təsdiqi.
3. İdarə heyəti və müşahidə şurası üzvlərinin seçilməsi.
4. İdarə heyəti sədrinin seçilməsi.
5. Maliyyə-təftiş komissiyası üzvlərinin seçilməsi.
6. Mənfəətin bölüşdürülməsi və əldə olunmuş xalis mənfəətdən istifadənin təyin edilib təsdiqlənməsi.
Ünvan: Sumqayıt şəhəri, Lermontov küçəsi 13.











