Azərbaycanın qiymətli kağızlar bazarında şirkətlərin səhmlərinin fond birjasında satışının asanlaşdırılması üçün işlərə başlanıb. FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasında keçirilən toplantıda bildirilib.
Paralel olaraq, ölkənin qiymətli kağızlar bazarına xarici investorların çıxış imkanlarının artırılması üzrə də layihənin icrasına başlanılıb. Bu məqsədlə beynəlxalq depozitarlarla əlaqələrin qurulması üzrə “Clearstream” və “Euroclear” təşkilatları ilə danışıqlar aparılır.
Qeyd edək ki, bu yenilik - xarici investorların Azərbaycanın qiymətli kağızlar – fond bazarına – cəlb edilməsi, ölkə iqtisadiyyatı üçün xüsusilə əhəmiyyətlidir. Yeni mexanizmlərin qurulması Azərbaycana ölkənin böyük ehtiyac olduğu portfel investisiyalarının gəlməsinə imkan yarada bilər.
Artıq 5 şirkətin ilkin kütləvi təklifinin (İPO) həyata keçirilməsi üzrə işlər davam etdirilməkdədir. Xatırladaq ki, bu tədbirlər “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulub.
Azərbaycanın 5 şirkəti – BİRJADA SATILACAQ
19:02
12 Fev 2018