“Ölkədə kriptovalyuta istifadəçilərinin sayının dəqiqləşdirilməsi istiqamətində işlər aparılır”.
Eləcə də bax: Azərbaycanda kriptovalyuta almaq - Niyə Sərfəli Deyil?
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın nümayəndəsi Azər Ələsgərov bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, informasiya portallarından əldə olun məlumata əsasən, istifadəçilərin sayı aşağıdır: “Ancaq bu, pul siyasəti üçün təhlükə yaradacaq səviyyədə deyil. Azərbaycan da bununla bağlı dünyada baş verən trendləri izləyir. Vəziyyətdən asılı olaraq qərarlar qəbul edilə bilər”.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.