"Bakı Fond Birjası" (BFB) istiqrazların ikinci bazarında əməliyyatların avtomatlaşdırılması və yeni funksionallığın işə salınması istiqamətində işlər görür.
Ziraat Bank Azərbaycan 15 milyon AZN həcmində istiqraz emissiyasını - TƏQDİM EDİR!
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri BFB İdarə Heyətinin sədri Ruslan Xəlilov "Ziraat Bank Azərbaycan" ASC-nin istiqrazlarının Bakı Fond Birjasında ticarətə buraxılmasına həsr olunmuş "Açılış Zəngi" tədbirində deyib.
Onun sözlərinə görə, yeni sistemin bu ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulur: "Yeni funksionallıq fərdi və institusional investorlara öz brokerləri vasitəsilə Bakı Fond Birjasında ikinci bazar ticarət əməliyyatlarını birbaşa və avtomatlaşdırılmış qaydada aparmaq imkanı yaradacaq. Hesab edirəm ki, bu yenilik istiqraz bazarının, xüsusən də korporativ istiqrazlar və onlar üzrə repo bazarının canlanmasına böyük təkan verəcək".
"Bu, "Ziraat Bank Azərbaycan"ın emissiyası yeni funksionallığın istifadəyə verilməsi ərəfəsinə təsadüf edir. Ümid edirəm ki, bu imkanlardan ən çox faydalanan məhz sizin qiymətli kağızlarınız olacaq”, – deyə sədr bildirib.













