Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın Energetika Nazirliyinə dəstək üçün müsabiqə (hərrac/tender) sxeminin tətbiqi və hazırlanması üçün yenilənən enerjinin gələcək istehsalçılarına yardım məqsədilə konsaltinq şirkətini cəlb etmək niyyətindədir.
FED.az Avropa Yenidənqurma və İnkişaf Bankının saytına istinadən xəbər verir ki, layihə ölkə rəhbərliyinə Azərbaycanda yenilənən enerjinin bəzi texnologiyaları üçün əsl bazar qiymətini müəyyən etməyə icazə verməlidir.
Eləcə də bax: "Heç bir bank məcburi şəkildə vətəndaşa dollarla kredit verə bilməz"
Güman edilir ki, seçilmiş konsultant aşağıdakı bir sıra xidmətləri göstərəcək:
- Yenilənən enerjiyə dəstək üçün konkurs ticarətlərinin prosesi, cari razılaşmaların hesabı, yenilənən enerjinin və bazar kontekstinin hədəfləri üçün ətraflı dizayn hazırlayacaq.
- Son versiyaya qədər günəş və külək enerjisi üzrə layihələrin alınması üçün rəqabət sxeminin genişlənilməsi məqsədilə lazım olan bütün tender sənədləşməsini tərtib edəcək.
- Müvafiq orqanlara yenilənən enerji layihəsi üçün rəqabət sxeminin reallaşdırması məqsədilə ətraflı texniki, maliyyə hüquqi yardımı verəcək.
Layihənin reallaşdırmasına 2019-cu ilin mayında başlanılması gözlənilir. Layihə 24 ay davam edəcək.