”Partner Finance” QSC-nin səhmdarlarında pay bölgüsü dəyişib və şirkətə yeni xanım səhmdar gəlib.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ilə 2025-ci ilin müvafiq dövrü arasında əhəmiyyətli dəyişiklik baş verib. Şirkətə yeni səhmdar cəlb olunub və nəticədə mövcud səhmdarların payları azalıb.
2024-cü ilin yanvar-iyun aylarında şirkətin iki səhmdarı olub: Nuriyev Anar Seyran oğlu və Qurbanova Şamama Balaqardaş qızı. Həmin dövrdə hər iki səhmdar 500 səhmə sahib olmaqla, nizamnamə kapitalında bərabər, yəni hər biri 49,0196% paya malik idi.
2025-ci ilin eyni dövrünə olan məlumata görə isə səhmdarların sırasına yeni bir şəxs - İsmayılzadə Nərmin Mikayıl qızı qoşulub. O da digər səhmdarlar kimi 500 səhm əldə edib. Bu dəyişiklik nəticəsində hər üç səhmdarın – Nuriyev Anar, Qurbanova Şamama və İsmayılzadə Nərminin – hər birinin şirkətdəki payı bərabərləşərək 32,8947% təşkil edib. Beləliklə, əvvəlki iki səhmdarın hər birinin payı azalsa da, sahib olduqları səhmlərin sayı (500 ədəd) dəyişməz qalıb və şirkətə yeni, bərabərhüquqlu tərəfdaş cəlb olunub.
Qeyd edək ki, səhmlərin hər biri 20 manat təşkil edir.