25-ci il dekabrın 23-də üç səhmdar cəmiyyətinin səhm paketləri təkrar pul hərracında satışa çıxarılacaq. İnvestorlara "Ağdaş Quşçuluq", "Əli Bayramlı Kimyəvi Təmizləmə" və "İmişli Yağ Pendir" səhmdar cəmiyyətlərinin səhmləri təklif olunur.
FED.az xəbər verir ki, hərraca çıxarılan səhm paketləri haqqında ətraflı məlumat aşağıdakı kimidir:
"Ağdaş Quşçuluq": 1998-ci ildə təsis edilmiş və Ağdaş rayonunun Qaradağlı kəndində yerləşən cəmiyyətin nizamnamə kapitalı 677 min 482 manat 20 qəpik təşkil edir. Səhmlərin ümumi sayının 30,01%-i, yəni 101 min 662 ədəd səhm satışa çıxarılır. Səhm paketinin ilkin satış qiyməti 101 min 662 manat müəyyən edilib.
"Əli Bayramlı Kimyəvi Təmizləmə": Şirvan şəhərində fəaliyyət göstərən və 2007-ci ildə təsis edilən bu cəmiyyətin 77 min 108 ədəd səhmi (ümumi səhmlərin 44,84%-i) hərraca təqdim olunur. Səhm paketinin ilkin hərrac qiyməti 19 min 277 manatdır.
"İmişli Yağ Pendir": İmişli rayonunun Rəsullu kəndində yerləşən və 1997-ci ildən fəaliyyət göstərən cəmiyyətin 35 min 773 ədəd səhmi (ümumi səhmlərin 30,03%-i) satışa çıxarılır. Bu səhm paketinin ilkin satış qiyməti isə 35 min 773 manat təşkil edir.
Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər qanunvericiliyə uyğun olaraq tələb olunan sənədləri və sifarişi təqdim etməlidirlər. Hər bir səhm paketi üçün ilkin satış qiymətinin 10%-i həcmində behin ödənilməsi şərtdir. Bu məbləğlər müvafiq olaraq "Ağdaş Quşçuluq" üçün 10 min 166 manat 20 qəpik, "Əli Bayramlı Kimyəvi Təmizləmə" üçün 1 927 manat 70 qəpik və "İmişli Yağ Pendir" üçün 3 min 577 manat 30 qəpik təşkil edir.
Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı (e-services.economy.gov.az) vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.
Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla Xidmətin emlak.gov.az rəsmi internet səhifəsində və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;
-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
(pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.)
-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərracda iştirak etmək üçün “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq investisiya şirkətlərində depo hesabın açılması tələb olunur.
Pul hərracı 2025-ci il dekabr ayının 23-də saat 09:30-da Əmlak Xidmətləri Məkanında (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.
Əlavə məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin 195-1 nömrəli Çağrı Mərkəzi vasitəsilə və www.emlak.gov.az saytından ala bilərsiniz.











