8 iyul 2024-cü il saat 16.00-da “Gəncə Körpü Tikini-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin idarə heyətinin hesabatı.
2. 2023-cü ilin maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və illik hesabatın təsdiqi.
3. 2023-cü maliyyə ili üzrə dividendlərin bölüşdürülməsinin müzakirəsi.
4. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) tərkibinin yenidən formalaşdırılması.
Ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5nömrəli ünvanda, qanunvericiliyə müvafiq qaydada müraciət etməklə tanış olmaq mümkündür.
Bildirilir ki , ümumi yığıncaq iştirakçılarının qeydiyyatı yığıncağın başlanmasına 2( iki) saat qalmış göstərilən ünvanda aparılacaq. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır. Səhmdarların illik ümumi yığıncağında özləri, yaxud notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında səlahiyyətli nümayəndəsi iştirak edə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.