Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) AZ2048008687 ISIN-li, 25 mln. manat həcmində, 7 200 tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, BFB-dən verilən məlumata görə, sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 mln. manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilən həcmi 25 mln. manat təşkil edib.
Qiymətli kağızların ödəmə tarixi 6 aprel 2040-cı ildir.