17 aprel 2020-ci il saat 12.00-da “GƏNCLIK” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Azərbaycan şirkəti səhmdarlarına - DİVİDEND VERƏCƏK
FED.az-ın məlumatına görə gündəlikdəki məsələlərə 2019-cu ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı, cəmiyyətin 2019-cu maliyyə-təsərrüfat ilinin nəticələrinin və 2019-cu il üzrə illik maliyyə hesabatının müzakirəsi və təsdiqi, təşkilati məsələ (müşahidə şurasının tərkibinə baxılması və müfəttişin yenidən seçilməsi) və sair məsələlər daxildir.
Ümumi yığıncağın gündəliyi üzrə materi-allarla tanışlıq üçün 2020-ci il aprelin 1-dən sonra cəmiyyətin direktoruna müraciət etmək olar. Səhmdarlar ümumi yığıncağa gələrkən şəxsiyyəti təsdiq edən sənədi özlərilə götürməlidirlər. Səhmdarların iştirakı vacibdir.
Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri,Olimpiya küçəsi 6 nömrəli ünvanda keçiriləcəkdir.
Telefon- 465-84-90