«Azərrabitəinşaat» ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq 16 sentyabr 2022-ci il saat 15.00-da Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 10/61 nömrəli ünvanda inzibati binada keçiriləcək.
Ümumi yığıncağın gündəliyi :
1. Səhmdarın “AZƏRRABİTƏİNŞAAT” ASC-dən ay¬rılması və yeni hüquqi şəxsin (MMC-nin yaradılması) yaradılması barədə.
2. “AZƏRRABİTƏİNŞAAT” ASC-nin nizamnamə kapitalının azaldıl¬ması və yeni nizamnamələrin təsdiq edilməsi.
3. İcra orqanının formalaşdırıl¬ması.
4. Yeni yaranmış MMC-nin nizamnaməsinin, bölünmə balansının və təhvil aktlarının təsdiq edilməsi.
5. Dəyişiklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi.
“AZƏRRABİTƏİNŞAAT” ASC səhmdarlarının ümumi yığıncağının gündəliyinin materialları ilə tanış olmaq və əldə etmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 10/61 nömrəli ünvana (telefon nömrəsi- 050-334-50-50) müraciət etmək olar.