Aprelin 25-də “Xırdalan–Rabitə-Tikinti” ATSC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, iclasda “Xırdalan-Rabitə-Tikinti” ATSC-nin 2021-2022-ci maliyyə ilinin yekunlarının müzakirəsi və təsdiqi, Cəmiyyətin uzunmüddətli fəaliyyətsizliyi nəticəsində fər¬di səhmdarlara (kommunal xidmət ödənişləri, mühafizə xidməti ödənişləri, əmlak, torpaq və s. vergi ödənişlərini həyata keçirən səhmdar) dəymiş ziyanın ödənilməsi məsələsinin müzakirəsi, Səhmdarların problemlərinin və təkliflərinin müzakirəsi nəzərdə tutulur.
İclas Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 10/61 nömrəli ün¬vanda baş tutacaq. Əlaqə telefonu- 055-312-33-11.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür