Sentyabrın 30-da “Lənkəran Cihazqayırma” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərə baxılacaq:
1. Cəmiyyətin ləğv olunması.
2. Cəmiyyətin ləğv olunması ilə əlaqədar ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi.
3. Digər məsələlər.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiqləyən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir. Ünvan: Lənkəran şəhəri, S.Bayramov küçəsi 10 (inzibati bina).
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.