28 iyun 2024-cü il tarixində saat 9-00-da Xaçmaz-Şərab ASC (VÖEN: 7700107061) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, iclas Xaçmaz rayonu Yeni-Həyat qəsəbəsindəki ASC-nin mərkəzi ofisində baş tutacaq.
Ümumi yığıncağın gündəliyi:
1.“Xaçmaz-Şərab” ASC-nin baş direktorunun 2023-cü ilin yekunlarına dair hesabatı
2.Təftiş komissiyası sədrinin hesabatı
3.Digər məsələlər