Azərbaycanın qiymətli kağızlar sistemində sənədsiz qiymətli kağızlarla əməliyyatlar dayandırılır.
FED.az xəbər verir ki, bundan sonra əməliyyatlar yalnız sənədli qiymətli kağzlarla aparılacaq. Bu prezident İlham Əliyevin təsdiqlədiyi «Notariat Haqqında» və «Dövlət rüsumu» haqqında qanunlara dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliklərə əsasən həmin qanunlarda bütün «qiymətli kağız sözləri» «sənədli qiymətli kağız» sözləri ilə əvəz edilib.
Belə ki, “Notariat haqqında” qanuna edilən dəyişikliyə əsasən, dövlət notariuslarının apardığı əməliyyatlar, hətta Azərbaycanın xaricdəki konsulluqlarında aparılan notariat hərəkətləri də yalnız sənədli qiymətli kağızlarla aparılmalıdır. Bura qiymətli kağızların depozitə qəbul edilməsi və qaytarılması aiddir.
«Dövlət rüsumu haqqında» qanuna də oxşar dəyişikliklər edilib və burada da dövlət rüsumunun yalnız sənədli qiymətli kağızlarla əməliyyatlarda ödəniləcəyi əksini tapıb.
Xatırladaq ki, sənədli qiymətli kağızlar – sahibi sertifikatla təsiqlənmiş qiymətli kağızlardır.
Xatırladaq ki, bundan əvvəl oxşar dəyişikliklər «Banklar haqqında» qanunda da edilmişdi.