25 yanvar 2022-ci il saat 11.00 –da “Avtomatikaquraşdırma” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Binəqədi rayonu ,7- ci mikrorayon, Xarici Dairəvi küçəsi 3121 -ci məhəllədə “Avtomatikaquraşdırma” ASC-nin inzibati binasında keçiriləcəkdir. Əgər,pandemiya ilə əlaqədar sərt qapanma şəraiti olarsa , o zaman yığıncaq 050 -216-48-64 nömrəli whatsapp proqramı vasitəsilə görüntülü keçiriləcəkdir. Qeydiyyatdan keçmək üçün bu nömrə ilə əvvəlcədən əlaqə saxlamaq xahiş edilir.
Yığıncağın gündəliyi:
1. Avtomatikaquraşdırma ASC-nin nizamnaməsində dəyişikliklərin edilməsi.
2. Avtomatikaquraşdırma ASC-nin müşahidə şurasının üzvlərinin seçilməsi.
3. Avtomatikaquraşdırma ASC-nin maliyyə-təftiş komissiyasının üzvlərinin seçilməsi.