Dekabrın 27-də “Avrora-Çay” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaqda səhmdarların müzakirə edəcəyi əsas məsələ ASC-nin ləğvi olacaq.
Bundan başqa, ASC-nin ləğvedicisinin seçilməsi və digər məsələlər də müzakirə olunacaq.
İclas Lənkəran rayonu, Hirkan qəsəbəsində keçiriləcək.