2020-ci ilin sonuna Milli Depozit Mərkəzində (MDM) saxlamada olan qiymətli kağızların ümumi dəyəri 2019-cu ilin sonuna nisbətən 5% artaraq 45 milyard manat təşkil edib.
Eləcə də bax: Milli Depozit Mərkəzinin xidmət göstərdiyi emitentlərin sayı - 2 Mini Keçib
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, ötən il saxlamada olan səhmlərin və istiqrazların dəyəri müvafiq olaraq 3% və 7% artaraq hər biri 22 milyard manat, Azərbaycan Mərkəzi Bankının notlarının dəyəri isə 1% artaraq 780 milyon manat olub. (Report)