Azərbaycanda Rusiya istehsalı olan avtomobillərin satışı üzrə ixtisaslaşmış "Xəzər-Lada" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Azərbaycanın sement istehsalçısı – SƏHMDARLARINA DİVİDEND ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, 2023-ci il mayın 18-də Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 16-cı km ünvanda "Xəzər-Lada" ASC-nin iclas zalında keçiriləcək ümumi yığıncaqda illik hesabat, Təftiş Komissiyasının illik aktının müzakirəsi, Kənar auditorun təsdiq edilməsi, Dividendlərin və mükafatların verilməsi müzakirə olunacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.