25 iyun 2024-cü il tarixində, saat 12:00-da "Bərdə Broyler" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Azərbaycan Respublikasında tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının “Səhmdarların ümumi yığıncağının məsafədən (onlayn) keçirilməsinə dair” Təlimatının tələblərinə əsasən, “Microsoft Teams” tətbiqi vasitəsi ilə onlayn formatda həyata keçiriləcək.
Onlayn iclasa qoşulma barədə təlimat səhmdarlara bildiriş vasitəsi ilə göndərilmişdir. Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
I. “Bərdə Broyler” ASC-nin 2023-cü ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması məsələsi haqqında;
II. “Bərdə Broyler” ASC tərəfindən 2023-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi haqqında;
III. “Bərdə Broyler” ASC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında;
IV. Digər məsələlər.