28 iyun 2024-cü il tarixdə saat 11.00-da Masazır Quşçuluq ASC-nin səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq Abşeron rayonu, Masazır qəsəbəsində cəmiyyətin inzibati binasında baş tutacaq.
Gündəlikdəki məsələlərə aşağıdakılar daxildir:
1. "Masazır Quşçuluq" ASC-nin 2023-cü ilin yekunlarına dair İdarə Heyətinin hesabatı:
2. "Masazır Quşçuluq"ASC nin Təşkilati Hüquqi Formasının dəyişdirilərək Qapalı Səhmdar Cəmiyyətə çevrilməsi.
3. "Masazır Quşçuluq"QSC-nin Nizamnaməsinin və Əsasnamələrin təstiqi.
4. "Masazır Quşçuluq" QSC-nin İdarə Heyəti, Müşahidə Şurası və Təftiş (Audit) komissiyasının sədr və üzvlərinin seçilməsi )
5. Digər məsələlər: