FED.az-ın Trend-ə istinadən məlumatına görə, sentyabrın 17-də qızılın qiyməti sentyabrın 14-ü ilə müqayisədə 17,5015 manat azalaraq 1 unsiya üçün 2031,4065 manat təşkil edib.
Gümüş 0,27 manat ucuzlaşaraq 1 unsiyası üçün 23,9462 manata bərabər olub.
Platinin qiyməti 25,2365 manat azalaraq 1348,9585 manat, palladiumun qiyməti isə 12,6 manat azalaraq 1661,359 manat təşkil edib.
Ad | 17.09.18 | 14.09.18 | |
Qızıl | XAU | 2031,4065 | 2048,908 |
Gümüş | XAG | 23,9462 | 24,2162 |
Platin | XPT | 1348,9585 | 1374,195 |
Palladium | XPD | 1661,359 | 1673,99 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.