Azərbaycanda qiymətli kağızların dövlət reyestri aparılacaq.
Eləcə də bax: Qiymətli Kağızların Emissiyasi Sisteminin yaradılması yekunlaşır - MÜSAHİBƏ - VİDEO
FED.az xəbər verir ki, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilir.
Dəyişikliklə qiymətli kağızların yeni dairəsi müəyyən edilir, qiymətli kağızların dövlət reyestrinin aparılması və sənədli qiymətli kağızın itirilməsi ilə bağlı hüquqi prosedurlar tənzimlənəcək.
Təklif olunan dəyişikliklərlə “səhm sahibləri” ifadəsi “səhm mülkiyyətçiləri”, “reyestrsaxlayıcı” ifadəsini “mərkəzi depozitar”, “mənzil” ifadəsi “daşınmaz əmlak”, “məhkəmə icraçıları” ifadəsi “icra məmurları” ilə əvəzlənir. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.