20 iyun 2026-cı il saat 11:00-da “Şərq-Qərb” ASC mətbəəsi səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaqda
1) ASC-nin 2025-ci il üzrə illik və maliyyə hesabatlarının təsdiq edilməsi.
2) ASC-nin müfəttişinin növbəti müddətə təyin edilməsi.
3) ASC-nin 2025-ci il üzrə mənfəət və zərərinin bölüşdürülməsi, dividend.
4) Digər cari məsələlər müzakirə ediləcək.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada (notarial) tərtib edilmiş etibarnaməyə malik olmalıdır. Yığıncaq ASC-nin Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 17 nömrəli ünvanda yerləşən inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonları: (012) 374-75-62, (012) 374-73-84, (012) 374-83-43.














